İsmayıllı sakinlərindən odlu silah götürülüb


İsmayıllı sakinlərindən altı ədəd odlu silah götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri - Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovdan müvafiq sənədləri olmayan, ümumilikdə altı ədəd “İJ” və “Toz” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.