top of page

İran məhkəməsi azərbaycanlı fəala 11 il həbs və 85 şallaq cəzası verib


Güney Azərbaycanın Ərak şəhərindən olan ictimai fəal Mina Yəqubi 11 il həbs, 85 şallaq və 2 il sürgün cəzasına məhkum edilib.

Mugantv “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Mina Yəqubi sosial şəbəkədəki səhifəsində bildirib.

Məlumata görə, bədən tərbiyəsi müəllimi olan Mina Yəqubi ölkədə keçirilən etirazlara qatıldığı üçün həbs edilib. O, ötən ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb. Mna Yəqubi günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina etdiyini, təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirildiyini vurğulayıb: “Uzun müddət gündə 12 saat dindirilməyə və ağır işgəncələrə məruz qaldım. İndi mənə 11 il həbs cəzası, 124 saat qəbirləri yumaq, 85 şallaq və 2 il sürgün cəzası verilib”.

Bildirilib ki, azyaşlı qız uşağının anası olan 23 yaşlı Mina Yəqubi təcridxanada işgəncə məruz qalıb. Ona görə də uzun müddət xəstəxanada müalicə alıb.

O, təcridxanadan çıxdıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.

Comentarios


bottom of page