top of page

İordaniyada 1700 turist sel səbəbindən Petradan təxliyə edilib


Qəfil sel İordaniyada yerləşən Petra arxeoloji kompleksindən 1700 turistin təxliyə edilməsinə səbəb olub.

Mugantv TASS-a istinadən xəbər verir ki, güclü leysan suyun səviyyəsinin kəskin qalxmasına və qədim şəhərin qismən su altında qalmasına səbəb olub.

Xatırladaq ki, 2018-ci ildə sel nəticəsində Petrada 20-dən çox turist həlak olub.

Qayalıqlarda oyulmuş Petra arxeoloji kompleksi İordaniyanın cənub-qərbində yerləşir. Arxeoloqların fikrincə, qədim şəhər eramızdan əvvəl III əsrdə salınıb və Nəbatilər krallığının paytaxtı olub.

Comentários


bottom of page