top of page

İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa baxış keçirilib


Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan İnsan alveri qurbanları üçün nəzərdə tutulan sığınacağa əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.


Muğan TV xəbər verir ki, başçəkmə zamanı müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib. Sığınacaq sakinləri qəbul olunub, onlarla konfidensial qaydada söhbət aparılıb, müraciətləri dinlənilib.


Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.


Müəssisədə insan alveri qurbanlarına normal saxlama şəraitinin təmin olunduğu, onların təhlükəsizliyinin və orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edildiyi, onlara tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün müvafiq şərait yaradıldığı müşahidə olunub.


Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.




Ləman Hafizi

Comentários


bottom of page