top of page

İngiltərədə oynayan futbolçular arasında bir mövsümdə ən çox qol vuranlar açıqlanıb


İngiltərə Premyer Liqasında çıxış edən futbolçular arasında bir mövsümdə bütün turnirlərdə ən çox qol vuranlar müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya “Mançester Siti”nin hücumçusu Erlinq Holann başçılıq edir.

Norveçli forvard cari mövsüm bütün turnirlərdə rəqib qapılarından 50 top keçirib. O, çempionatın Premyer Liqa adlandığı 1992-ci ildən bəri bunu bacaran ilk oyunçudur. Holann Premyer Liqada 34, İngiltərə Kubokunda 3, İngiltərə Liqa Kubokunda 1, UEFA Çempionlar Liqasında isə 12 dəfə fərqlənib.

Holannı 44 qolla Ruud Van Nistelrooy və Məhəmməd Salah izləyirlər. Kriştianu Ronaldu İngiltərədə oynadığı müddətdə bir mövsümdə 42, Endi Koul və Harri Keyn isə 41 dəfə rəqib qapılarına yol tapıblar.

1888-ci ildən keçirilən İngiltərə yüksək liqa oyunçuları arasında rekord Diksi Dinə məxsusdur. O, 1927/1928 mövsümündə “Everton”un heyətində bütün yarışlarda 63 qola imza atıb.

Comments


bottom of page