top of page

İndiyədək 130 mediator işdən çıxarılıb, 70-dən çoxu barəsində sərt tədbirlər görülüb



“İndiyədək 130 mediator sıralarımızdan xaric edilib”.


Muğan TV-nin xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.


O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.

N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: “Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub".


O, ötən illərlə müqayisədə barışıq sazişlərinin artdığını söyləyib: "39-40 faiz artım var".


Mirzəzadə Mehriban

Comments


bottom of page