İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Muğan TV,"Report"-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya Prezidenti eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb.


Məlumata görə, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı əksini tapan müddəaların həyata keçirilməsinin praktik aspektlərini nəzərdən keçiriblər.