top of page

İdmançı ona xəyanət edən sevgilisini döyüb öldürdü


Ultimate Fighting Championship (UFC) yarışmasında iştirak edən keçmiş amerikalı qarışıq döyüş ustası (MMA) Fil Baroni Meksikada həbs edilib.

Mugantv bildirir ki, bu barədə "Tribuna de la Bahia" məlumat yayıb.

46 yaşlı idmançı sevgilisini öldürməkdə şübhəli bilinərək həbs edilib. Mənbənin sözlərinə görə, qadının xəyanətindən xəbər tutan idmançı onu döydükdən sonra oteldə ölü tapılıb.


Hadisə yerinə gələn polis mərhumun bədənində qan içində çoxlu qançır və sıyrıqlar aşkar edib.

Baroninin alkoqol və narkotik sərxoşluğu vəziyyətində olduğu qeyd edilir. Hazırda o, məhkəmənin qərarını gözləyir.

Ümumilikdə Baroni MMA-da 35 döyüş keçirib, bu döyüşlərdə 16 qələbə qazanıb və 19 məğlubiyyət alıb. Amerikalı 2001-2005-ci illərdə UFC döyüşçüsü olub. O, həmçinin PRIDE, Bellator, Strikeforce, ONE FC və digər promosyonlarda çıxış edib. Baroni 2019-cu ildə karyerasını başa vurub.

コメント


bottom of page