top of page

İcma Ermənistanı azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yar


Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmış və hazırda onları reinteqrasiya etməyə çalışan Azərbaycan tərəfindən nümunə götürməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır.


Bu barədə Muğan TV-yə icmadan bildirilib.


Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaları üzrə dialoqa başlamaq çağırışı ilə Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərmişdi.


"Ermənistan tərəfi, o cümlədən şəxsən Baş nazir Paşinyan, İcmanın dialoq çağırışını lazımınca dəyərləndirmək əvəzinə, azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və Qərbi Azərbaycan mövzusunu təhrif edən bəyanatlar vermişlər.


Bununla əlaqədar olaraq, Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin destruktiv addımlarını dayandırması və qayıdış məsələsi üzrə dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin Baş katibinə göndərmişdir. BMT-nin Katibliyi İcmanın BMT-nin Baş katibinə və Ermənistanın Baş nazirinə sözügedən məktublarını BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır. Xatırladaq ki, İcmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası da BMT-nin rəsmi sənədi kimi yayılıb.


Bu sənədlərin BMT-də rəsmi sənədlər kimi yayılması ilə dünya ictimaiyyətinin İcmanın fəaliyyətinin məqsəd və prinsipləri barədə və eləcə də dialoq təşəbbüskarı olan tərəfin məhz Qərbi Azərbaycan İcmasının olması barədə ən etibarlı şəkildə məlumatlanıb. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqa söykənən qayıdış hüququnu inkar etməsinə və İcmanın məramları haqqında spekulyasiya etməsinə yer qoymur", - Qərbi Azərbaycan İcmasından bildirilib.


Röya Ağayeva

Comments


bottom of page