Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
Muğan tv xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Fondun builki gəlirləri və xərcləri ilə bağlı proqnoz 38,9 milyon manat və yaxud 1,4 % artırılaraq 2 milyard 811,4 milyon manatdan 2 milyard 850,3 milyon manata çatdırılıb.
Gəlirlərdəki artım Fonda dövlət büdcəsindən ayırmaların 1 milyard 376 milyon manatdan 1 milyard 368 milyon manata endirilməsi, işəgötürən və işçinin icbari tibbi sığorta üzrə ödədiyi sığorta haqlarına dair proqnozun 815,1 milyon manatdan 827,9 milyon manata, digər daxilolmalara dair proqnozun isə 32,6 milyon manatdan 66,6 milyon manata qaldırılması hesabına olacaq.
Xərclərdəki artımı isə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 79,3 milyon manatdan 78,9 milyon manata endirilməsi, icbari tibbi sığorta ödənişlərinin və dotasiyanın 2 milyard 503,1 milyon manatdan 2 milyard 565,8 milyon manata qaldırılması, sair xərclərin 55 milyon manatdan 30 milyon manata endirilməsi, sığorta ehtiyatlarına ayırmaları isə 88,9 milyon manatdan 90,4 milyon manata qaldırılması təmin edəcək.
Commentaires