top of page

İşdən icazəni daha çox kimlər alır? - Gənclər, yoxsa...


ABŞ-də aparılan araşdırmaya əsasən, məlum olub ki, gənclər daha çox xəstəlik məzuniyyəti alırlar.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, xüsusən də, 2000-ci ildən sonra dünyaya gələn çalışanlar xəstə olduqları təqdirdə işə getmək istəmirlər.

Yaşlı nəsil çalışanlar isə xəstə olsalar belə, işə getmək ehtimalları daha yüksək olur.

Aparılan araşdırmaya görə, işçilərin təxminən yarısı xəstələndikdə işini tərk etmək qorxusu səbəbi ilə çalışdıqları yerə gedirlər.

Bildirilib ki, gənclər bu mövzuda daha cəsarətlidirlər. Onlar məzuniyyət istəməkdən çəkinmirlər.

Həmçinin, COVİD-19 pandemiyası işçiləri sağlamlıqlarına daha diqqətli olmağa sövq edib, bir çox insan xəstələnməyə başladığını hiss edən kimi tədbir görür. İnsanların 40 faizinin yalnız pandemiyadan əvvəl sağlamlıqlarını itirdikdə hərəkətə keçdiyi, 32 faizinin proaktiv olduğu, yəni xəstəlik başlayanda tədbir gördüyü görülsə də, iki il sonra vəziyyət tərsinə çevrildi.

İndi insanların 43 faizi öz sağlamlıqları ilə bağlı daha fəaldır və xəstəliyin erkən mərhələsində ehtiyat tədbirləri görürlər.

コメント


bottom of page