top of page

İğdırda “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub


Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub.

Muğan tv Reporta istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyənin Naxçıvan Baş Konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub.

Sərgidə "Şərq qapısı" qəzetinin fotoqrafları – Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alıb.

Sərgidən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Türkiyənin İğdır vilayətinin valisi Ercan Turan, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Vüsal Ələkbərli, İğdırın millət vəkili Can Alagöz, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova, İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar çıxış ediblər.

Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb. Sərgidə İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri iştirak edib.

Sərgi böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

Comments


bottom of page