Hulusi Akar "F-16" məsələsində Türkiyə ilə ABŞ-nin uzlaşmaya yaxın olduğunu açıqlayıb
top of page

Hulusi Akar "F-16" məsələsində Türkiyə ilə ABŞ-nin uzlaşmaya yaxın olduğunu açıqlayıb


"Müzakirələrdə ABŞ Müdafiə Nazirliyi ilə müsbət nöqtəyə gəlmişik. Ağ ev tərəfindən dəstəkləndiyini bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik".

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dən "F-16" alımı ilə bağlı məsələni şərh edərkən bildirib.

"Bu mövzuda çarəsiz olmadığımızı, əlimizdə seçimlər olduğunu hamının bilməsini istəyirik", - nazir əlavə edib.

bottom of page