Hulusi Akar ATƏT-in Ukrayna üzrə missiyasına dəstək verib


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukrayna üzrə xüsusi müşahidə missiyasının Türkiyə heyəti ilə görüşüb.

Muğan tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar ATƏT-in Ukrayna üzrə xüsusi müşahidə missiyasına dəstəyini vurğulayıb və qrupun fəaliyyəti ilə bağlı məlumat alıb.