
2022-ci ildə Hesablama Palatası 9 maliyyə auditi keçirib.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, bu rəqəm 2021-ci ildə 11 olub.
Ötən il maliyyə auditləri 5 573,3 milyon manat vəsaiti əhatə edib. Bu rəqəmin əvvəlki illə müqayisədə yüksək olduğu bildirilir.
Comments