top of page

Hamilə qadının içki eşqi ilə dünyaya gətirəcəyi uşaq arasında əlaqə tapıldı


Hamiləlikdən əvvəl və hamiləlik zamanı qəbul edilən spirtli içkilər dünyaya gələcək uşaqların üz quruluşuna təsir edir.

Bu barədə Rotterdamdakı Erasmus Tibb Mərkəzinin alimlər qrupu tədqiqat aparıblar. Onların işlərinin nəticələri "Human Reproduction" jurnalında dərc olunub.

Araşdırmalar zamanı elm adamları süni intellekt (AI) alqoritmindən və dərin öyrənmə texnologiyasından istifadə edərək qadınların hamiləlikdən üç ay əvvəl başladığı (hamiləliyin başlanğıc vaxtında dayandırdığı), həmçinin uşaq dünyaya gətirdikdən sonra içdikləri spirtli içkilərin miqdarı, eləcə də uşaqların üzlərinin quruluşunun dəyişməsi barədə məlumatları 3D təsvir şəklində yükləyiblər.

Ümumilikdə doqquz yaşında 3149 uşaq və 13 yaşında 2477 uşağın məlumatları istifadə olunub.


Kompüter simulyasiyaları göstərib ki, həqiqətən də spirtli içkilərlə üzün formasının dəyişməsi arasında əlaqə var. Bu fakt hətta analar həftədə 12 qramdan az içki (175 mililitr şərab və ya 330 mililitr pivəyə ekvivalent) istehlak etsələr də, müşahidə olunub.

Tədqiqatçılar qeyd edirlər ki, onların kəşfi müəyyən pozğunluqları müəyyən etməyə kömək edə bilər, çünki üz sağlamlığın güzgüsüdür, yəni uşağın orqanizminin ümumi vəziyyətini əks etdirir.

Bundan əlavə, əgər ana müntəzəm olaraq böyük dozada alkoqol qəbul edərsə, bu fetal spirt sindromu ilə nəticələnə bilər, bunun da mənfi təsirləri uşaqların üzündə də əks olunur. Belə xəstələrdə böyümə geriliyi, nevroloji çatışmazlıqlar və anormal üz inkişafı, həmçinin koqnitiv pozğunluq, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri, yaddaş çətinlikləri, davranış anomaliyaları, nitq gecikməsi və s. görünür.

Comments


bottom of page