Hamilə qadının doğuş anı nazir müavinin ümidinə qaldı – AÇIQLAMA – VİDEO


“Kapitalizm cəmiyyəti insanların, eləcə də istehlakçıların gözünün doymadığı bir cəmiyyətdir. Yəni biz insanları daim çox qazanmağa, israf etməyə sövq edirlər. Bununla yanaşı kapitalizm cəmiyyəti insanları acgöz bir insan qrupuna çevirməyə cəhd edir.”


Bu fikirləri Muğan TV-yə müsahibəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O, bildirib ki, məhz pandemiya və ya qeyri dövrlərdə də dövlətimiz öz gücünə insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görüb:


“İnsanların böyük bir qismi qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul idi. Bununla yanaşı heç bir müqavilə bağlanmadan, sosial ödənişlər ödənilmədən məşğuliyyət növü var idi. Təssüf ki, bu cür gündəlik pula işləyən insanların sosial müdafiəsində böyük çətinliklər var. Bu insanlar qrupu heç yerdə qeydiyyatda deyil. Ona görə də hökümət mümkün qədər qeydiyyatda olan insanlarla bağlı müəyyən işlər görür”.


Hazırda ağır vəziyyətdə yaşayan insanların olduğunu vurğulayan ekspert, belə bir ailəyə yardım etməkdə vasitəçi olmasını söyləyib. O, ailəylə bağlı səhiyyə nazirinin müavininə müraciət edib:


“Bu yaxınlarda mənə bir nəfər icitmai fəal zəng edib, Kürdəmirdən çox kasıb ailədə qadının hamilə və doğuş anı olduğunu bildirdi. Və biz onun üçün Təcili Yardım çağırıb, Respublika Xəstəxanasına göndərdik. Lakin xəstəxanada onu qəbul etmədilər. Xəstəxanadan bildirdilər ki, dərmanlarımız yoxdur. Təcili Yardım onu yenidən evinə qaytardı. Bundan sonra mən səhiyyə nazirin müavininə zəng etdim və səhiyyə nazirinin müavini dərhal həmin xanımı başqa bir klinikaya yerləşdirdi. Körpə dünyaya göz açdı. Onlar xəstəxanadan çıxandan sonra mənə zəng vurdular ki, bizim imkanımız da yoxdur. Mən həmin nazir müavini Viktor Qasımova təşəkkür edirəm! Demək istəyirəm ki, belə insan qrupları var. Gərək o zaman hər bir insan həmin ailələrə köməklik etsin.”


Həmin videonu təqdim edirik:

Şahnun Qasımova

Muğan TV