top of page

Hakan Fidan "Kurtlar Vadisi" ilə bağlı haqqında yayılan iddialardan danışıb


"Son vaxtlar sosial mediada "Kurtlar Vadisi" ilə bağlı haqqımda çoxlu editlərin olduğunu görürəm".

Muğan tv xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ötən gün qatıldığı “Gənclik Sevgisi ilə Bursa” adlı tədbirdə gənclərin sosial media ilə bağlı suallarını cavablandırarkən deyib.

H. Fidan sosial mediadakı sui-qəsd nəzərriyələrinə bu cür cavab verib:"Artıq bu cür editlərə öyrəşmişəm. 14 yaşından dövlətin vacib yerlərində xidmətdə olursansa, edilə biləcək bir şey yoxdur. Bizim taleyimiz budur".


Qeyd edək ki, mərhum kəşfiyyatçı Abdullah Çatlıya bənzərliyi səbəbindən sosial mediada Hakan Fidanla bağlı müxtəlif iddialar dolaşır. İddialara görə, "Kurtlar Vadisi" serialındakı Polat Alemdar obrazı Abdullah Çatlını təmsil edir. Bəzi fantastik iddialara görə, Hakan Fidan serialda olduğu kimi, üzünü dəyişib və əslində o, Abdullah Çatlının özüdür.

Comments


bottom of page