top of page

Hakan Fidan: "İƏT XİN başçıları Avropada Qurani Kərimə hücumlarla bağlı qərar qəbul edəcək"


"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirləri Avropada Qurani Kərimə hücumlarla bağlı qərar qəbul edəcək".


Muğan TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə macarıstanlı həmkarı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.


O, Avropada Qurani Kərimə hücumları qınadıqlarını bildirib: "Bu məsələ ilə bağlı islam ölkələri arasında ciddi müzakirələr gedir. İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında da bu məsələ müzakirə ediləcək. Həmin toplantıda bəzi qərarlar qəbul edəcəyik”.


H.Fidan vurğulayıb ki, müəyyən qərarlar qəbul olunmasa, Avropada bu təxribatlar davam edəcək.


Röya Ağayeva

Comments


bottom of page