Hadrut istiqamətində gedən döyüşlərdə şəhadətə yüksələn şəhid - Fikrət Zeynalov

30 illik mübarizəmizi 44 günlük müharibə sayəsində Zəfər ilə tamamladıq. Təəssüf ki, Qələbəyə gedən yol hər zaman can itkisindən keçib.

İkinci qarabağ müharibəsində igidlik göstərib, düşmənə qan udduran Xüsusi təyinatlı şəhidimiz Fikrət Zeynalovdur. Fikrətin qısa ömrü bütünlüklə Vətən sevgisinə köklənib. Elə bu yolda Hadrut istiqamətində gedən ən ağır döyüşlərdə şəhadətə yüksəlib.

Şəhidin anası Hicran Zeynalova deyir ki, uşaqlıqdan oğlumun arzusu hərbçi olmaq idi. O, çox cəsur, mərd idi.

Şəhidin qardaşı Mirzə Zeynalov bildirir ki, qardaşımın son sözü “ ailədən muğayat ol” deyə bildirdi. Oktyarıb 22- də isə şəhid xəbəri gəldi.

Allah şəhidlərimizə rəhmət eləsin.