Hacıqabulda istixanada yanğın olub


Hacıqabul rayonunda yanğın olub.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.


Belə ki, rayonda ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və yaxınlıqda ümumi sahəsi 230 m² olan istixananın polietilendən ibarət üzlüyü 30 m² sahədə yanıb. Tövlənin və istixananın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.