Həyat yoldaşı Rəmişin səhhətindən DANIŞDI



Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb.

Muğan tv xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova AzTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Rəmiş xəstəxanaya gec yerləşdirilsə idi, onu itirə bilərdik: “Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin”.