Hər il 500 nəfər əlilliyi olan şəxs özünəməşğulluğa cəlb ediləcək


Azərbaycanda hər il 500 nəfər əlilliyi olan şəxsin özünəməşğulluğa cəlb edilməsi nəzərdə tutulub.


Muğan TV-nin Report-a istinadən verdiyi xəbərə görə,bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.


Sənəddə qeyd edilib ki, proses əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında icrasına başlanılan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinə uyğun olaraq həyata keçiriləcək.