Həndbol üzrə 16 yaşadək yeniyetmə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib.
Muğan tv xəbər verir ki, həm oğlanların, həm də qızların yarışında 6 komanda olmaqla ümumilikdə 12 kollektiv qalib adı uğrunda mübarizə aparır.
Oğlanlar arasında final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. “Cəlilabad” “Bakı-1”, “Mingəçevir” isə “Bakı-2” komandası ilə üz-üzə gəlib.
Qızların mübarizəsində isə həlledici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışır. Qızların turnirində ilk oyun “Bakı-1” və “Göygöl” arasında keçirilib. Daha sonra “Bakı-2” “Gəncə” həndbolçuları qarşılaşıb.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan kollektivlər mübarizəni pley–offda davam etdirəcək. “AHF Arena”nın idman kompleksində baş tutan görüşlərə iyunun 30-da yekun vurulacaq.
Comentários