“Gent”in icraçı direktoru: “Qarabağ” kimi rəqiblə oynasaq, tribunalar boş qalar”
top of page

“Gent”in icraçı direktoru: “Qarabağ” kimi rəqiblə oynasaq, tribunalar boş qalar”


“Qarabağ” kimi rəqiblə oynasaq, tribunalar boş qalar və 17 000 yox, 11 000 azarkeş gələr”.

Bunu Belçikanın “Gent” klubunun icraçı direktoru Mişel Luvaqi UEFA Konfrans Liqası oyunlarına azarkeş marağının az olmasına münasibət bildirərkən deyib.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı (0:1, 1:0. Penaltilərlə - 5:3), 1/8 finalda isə Türkiyə klubu “Başakşehir”i (1:1, 4:1) məğlub edən “Gent” 1/4 finalda daha güclü rəqiblə qarşılaşmaq istəyir.

Luvaqi yalnız bu halda ev matçlarına çox sayda azarkeşin gələcəyini düşünür: “Azarkeşlərimiz bizi ən yaxşı komanda kimi görürlər. Ancaq onlar “Qelamko Arena”da rəqib kimi yüksək səviyyəli klubları görmək istəyirlər. Məsələn, “Zenit” və ya “Tottenhem” ola bilər. Çoxlu illik abunəçilərimiz olsa da, onlar matçların 60 faizinə gəlirlər”.

Qeyd edək ki, “Gent”in həm “Qarabağ”, həm də “Başakşehir”lə ev oyununu təxminən 11 000 azarkeş tribunadan izləyib. “Qelamko Arena” 20 000 tamaşaçı tutumuna malikdir.

bottom of page