General-leytenant Rövşən Əkbərovun həbsi təsdiqləndi - RƏSMİ
top of page

General-leytenant Rövşən Əkbərovun həbsi təsdiqləndi - RƏSMİ


Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.


Muğan TV Milli.Az-a istinadən bildirir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, R.Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.


Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.


bottom of page