Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi


Bakıda polis bölməsinin rəisi intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.

Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.