top of page

Gəncədə kişi həyat yoldaşına 10-dan çox bıçaq zərbəsi vurub, sonra özünə xəsarət yetirib


Gəncə şəhərində ər və arvadın bıçaq xəsarəti aldığı hadisənin bəzi təfərrüatları məlum olub.


Muğan TV-in məlumatına görə, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.


Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb.


R.İmanov isə döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, cütlüyün 3 övladı var.



Comentários


bottom of page