top of page

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib


Gəncə şəhərində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.


Muğan TV - nin Qərb bürosunun məlumatına görə, aksiya Mərkəzi Qan Bankının Gəncə bölməsində baş tutub.


Səhər saatlarından başlayan aksiya çərçivəsində insanlar qan vermək üçün əraziyə gəlir.

Məlumata görə, aksiya gün ərzində davam edəcək.


Qeyd edək ki, qanvermə aksiyaları Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində keçirilir.


Xatırladaq ki, bu gün Aşura mərasimi Gəncə şəhərindəki "İmamzadə" dini kompleksində və digər ibadət ocaqlarında keçirilib. Vətəndaşların təhlükəsizliyi polis əməkdaşları tərəfindən tam təmin edilib.


Röya Ağayeva

コメント


bottom of page