top of page

Gəncədə 10 yaşlı uşaq xəstəxanada ölüb



Gəncədə xəstəxanda azyaşlı ölümü baş verib.


Hadisə bu gün səhər saatlarında Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb. Ölən uşaq Qazax rayonunun Daşsalahlı kənd sakini 10 yaşlı İsrail Mehdiyevdir.


Xəstəxananın baş həkimi Hafiz Abdullayev APA-ya bildirib ki, uşaq tibb müəssisəsinə 2 gün bundan əvvəl aqonal vəziyyətdə gətirilib, həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlı dünyasını dəyişib. Baş həkim onu da qeyd edib ki, 10 yaşlı oğlan anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.


Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page