Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilə bilər


Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.


Muğan tv-nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.


"Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”, - sənəddə qeyd olunur.