
Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Muğan Tv-i bildirir ki, ovqat.com-un məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.
Qeyd edək ki, Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış, həmin vəzifəyə isə elmi ictimaiyyət arasında "makler-akademik" ləqəbi ilə məşhurlaşmış Qərib Məmmədov təyin edilmişdi.
BNA sədri qeyd edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 801 milyona qalxıb: "Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub".
Comments