Gədəbəydə bazar yanıb


Gədəbəy rayonunda sökülməkdə olan bazarın ərazisində ümumi sahəsi 150 kv.m olan tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Muğan Tv-i verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.