top of page

Gürcüstanda torpaq sürüşməsində “Stalinin evi” təhlükəli zolağa düşüb


Gürcüstanın Şovi kurort bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində “Stalinin evi” də təhlükəli zolağa düşüb.


Muğan TV xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.


Bildirilib ki, ərazi mineral bulaqlarla zəngindir və dəniz səviyyəsindən 1520 metr yüksəklikdə Alp zonasında yerləşir. Deyilənə görə, keçmiş SSRİ-nin rəhbəri İ.V. Stalin bu evdə qalıb. Əslində, bu, istirahət evi olub. Müharibədə əsir düşmüş almanlar tərəfindən mismarsız tikilmiş binadır. Binanı Kolçin soyadlı memar inşa edib. Stalinin əsl villası qorunmayıb. Məlumata görə, Stalin Şoviyə belə gəlib çıxa bilməyib. O, başqa kurorta gedərkən Utserada balıq xörəyindən zəhərləndiyi üçün Oniyə qayıdıb.


Röya Ağayeva

Comments


bottom of page