Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha 4 nəfərin meyiti tapılıb.
Muğan TV APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində həlak olanların sayı 6-ya çatıb.
Xatırladaq ki, dünən Gürcüstanın Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb.
Röya Ağayeva
Comments