Gürcüstanda matəm günü elan olunub



Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.


Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.


Qərara əsasən, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.


Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir.