
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 475 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 641 874, ölənlərin sayı isə 16 663 nəfərə çatıb. Virusa yoluxanlardan 1 598 286 nəfərin sağaldığı bildirilib.
コメント