top of page

Gürcüstanda koronavirusa həftəlik yoluxma sayı iki dəfə artıb


Son bir həftə ərzində Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 154 yoluxma halı qeydə alınıb.


Muğan TV-nin yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.


Bildirilib ki, yoluxma hallarının 3 310-u paytaxt Tbilisidə qeydə alınıb. Son həftə ərzində Gürcüstanda 2 338 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə xəstəlikdən vəfat edib.



Yorumlar


bottom of page