Gürcüstanda bir saat ara ilə iki zəlzələ olub


Gürcüstanın qərbində, Oni şəhərinin cənub-şərqində bir saat fərqilə iki zəlzələ qeydə alınıb.


Muğan tv-nin sputnik-georgia.ru-ya istinadən verdiyi xəbərə görə, hər iki zəlzələnin episentri Tbilisinin 147 kilometrliyində, 12 kilometr dərinlikdə olub.

Yeraltı təkanın ilki yerli vaxtla 14:55-də qeydə alınıb., digəri bir saat sonra baş verib. Təkanların birinin maqnitudası 3.7, digərinin maqnitudası isə 4.3 olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.