Belə turnirlərdə qələbə qazanmaq üçün komandada bir az istedad və təcrübə çatışmır.
Muğan tv UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa çempionatının final mərhələsinin I turunda baş tutan Türkiyə - Gürcüstan matçından sonra fikirlərini bildirərkən deyib.
Mütəxəssis komandanın performansı ilə fəxr etdiyini söyləyib: "Uduzmaq heç vaxt xoş deyil, amma biz gürcü futbolunu bu qədər müsbətə çevirdiyimiz üçün öz performansımızla fəxr edə bilərik. Düşünürəm ki, sonda Türkiyə qədər şansımız oldu".
Comments