top of page

Gürcüstanın Avropa İttifaqındakı missiyasının rəhbəri istefa verib


Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Natalya Sabanadze istefa verib.

Muğan TV-i APA-ya istinadən bildirir ki, N.Sabanadze bu barədə "Facebook" səhifəsində yazıb.

Gürcüstan xarici işlər naziri David Zalkaliani artıq istefanı qəbul edib.

N. Sabanadze istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, N.Sabanadze 2013-cü ilin mayında Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı missiyanın rəhbəri təyin edilib.


Comments


bottom of page