top of page

Gürcü jurnalistlər Gəncəyə səfər edib




Gürcüstandan olan bir qrup jurnalist Gəncə şəhərində səfərdədir.


Muğan TV xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər.


Dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar baş verən əraziyə güllər düzüblər. Burada yaşanan acı hadisələrlə yerində tanış olublar.


Qeyd edək ki, gürcü jurnalistlər bundan əvvəl Ağdam və Şuşada olublar.

Comments


bottom of page