Göygöl rayonunda qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə növbəti monitorinq aparılıb.
Muğan tv Reporta istinadla xəbər verir ki, monitorinq zamanı rayonun Firuzabad qəsəbəsi ərazisində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun yardımçı təcrübə təsərrüfatına məxsus 0,12 hektarlıq ərazidə özbaşına fərdi yaşayış evi tikintisi aparılması faktı aşkar olunub.
Aparılan tikinti işləri dərhal dayandırılaraq söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilir.
Comments