top of page

Göyçayda 34 yaşlı kişi öldürülüb



Bu barədə Muğan TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


"Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib", - məlumatda qeyd edilib.


Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page