Füzulidəki kütləvi məzarlıqda 59 ədəd mina aşkarlanıb, ərazinin təmizlənməsi işləri davam etdirilir
top of page

Füzulidəki kütləvi məzarlıqda 59 ədəd mina aşkarlanıb, ərazinin təmizlənməsi işləri davam etdirilir


Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan təmizlənir. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam etdirilir. Kənddə işlərin daha da sürətli aparılmasına səbəb isə Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilən soydaşlarımızın bu ərazidə kütləvi şəkildə basdırılmasıdır.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun meneceri Habil Babayev bildirib ki, kütləvi məzarlığa dair məlumatlarla əlaqədar ilkin olaraq 4 hektar ərazinin minalardan təmizləməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, bu günə qədər aparılan təmizlənmə əmnəliyyatları zamanı ərazidə minaların daha sıx döşəndiyi aşkarlanıb: “Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15 faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib. Ərazilərin minalarla kütləvi çirkləndirilməsinin səbəbi isə burada mövcudluğu ehtimal edilən kütləvi məzarlığın olmasıdır. Bu ərazidə hazırda tank əleyhinə minalar gözlə görünür. Burada minaların kütləvi basdırılmasının səbəblərindən biri də azərbaycanlıların haçansa öz yaxınlarının qəbirlərini axtaracaqlarına görədir”.

bottom of page