Fransada 17 yaşlı əlcəzairəsilli gəncin polis tərəfindən avtomobilində öldürülməsindən sonra başlayan iğtişaşlarla səngimək bilmir.
Muğan TV xəbər verir ki, hətta iş o həddə çatıb ki, iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Bu barədə BFM telekanalına müsahibəsində Fransanın mənzil siyasəti üzrə nazir-deleqatı Olivye Kleyn bildirib.
“Bu gün iğtişaşlara reaksiya üçün bütün variantlar masadadır. Mövcud vəziyyətdən çıxmaq lazımdır və fövqəladə vəziyyət effektiv yoldursa, o zaman respublika prezidenti bunu elan edəcək”, - o vurğulayıb.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir.
תגובות