top of page

Fransa vətəndaşı və digər iki əcnəbi Bakı metrosunun deposuna gizli daxil olaraq əmlaka qəsdən ziyan vurublar


Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Muğan tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Comentários


bottom of page