top of page

Finlandiya Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı hələ qərar verməyib


“Almaniyanın “Leopard” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərar hələ verilməyib”.

Mugantv xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin bəyan edib.

O, Finlandiyadakı vəziyyətin Rusiya ilə həmsərhəd olduğuna görə digər ölkələrdən fərqli olduğunu bildirib və Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı hələlik qərarın verilmədiyini qeyd edib:

“Biz bu şeyləri ictimaiyyətə öncədən demirik, amma qərar qəbul olunanda onların bilməli olduqlarını söyləyirik. Finlandiya Ukraynaya çoxlu materiallar verib və biz bunu davam etdirməyə hazırıq”.

bottom of page