top of page

FIFA-nın DÇ-2026-da klublara ödəyəcəyi məbləğ müəyyənləşib


FIFA 2026-cı ildə Kanada, ABŞ və Meksikada təşkil ediləcək dünya çempionatında klublara ödəyəcəyi məbləği müəyyənləşdirib.

Mundialda iştirak edəcək futbolçulara görə, klublarına təxminən 370 milyon dollar ayrılacaq.

Bu isə Qətərdəki DÇ-2022-dəki məbləğdən 75 faiz çoxdur. Argentinanın qalib gəldiyi mundialda klublar hazırlıq dönəmi də daxil olmaqla, oyunçularının turnirə cəlb olunduğu hər gün üçün təxminən 10 000 dollar alıblar. Bu dəfə isə məbləğin artırılacağı bildirilib.

Qeyd edək ki, DÇ-2026-da 48 komanda 12 qrupda mübarizə aparacaq.

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page