top of page

FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirir


Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında Bakı şəhərində yerləşən orta məktəblərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhlükəsiz məktəb” adlı sosial layihə təlimlərinə başlanılıb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İnstitut tərəfindən hazırlanan pilot layihə çərçivəsində məktəblilərə əməyin təhlükəsizliyi, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları, eləcə də ilkin yardım tədbirləri haqqında ətraflı məlumat verilir.

Layihə çərçivəsində məktəblərdə olan informatika otaqlarındakı avadanlıqların elektromaqnit sahəsinin sıxlığının müayinəsi aparılır və ölçmələr zamanı göstəricilərin buraxıla bilən hədlərə uyğun olması müəyyən edilir.

Təlimlərin sonunda iştirakçılara sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları və müvafiq sertifikatlar təqdim olunur. Məktəbin işçi heyəti isə maarifləndirici layihəyə göstərdikləri dəstəyə görə dəyərləndirici nişanlarla təltif olunur.

コメント


bottom of page